Əfsanəvi braziliyalı futbolçu Pele həmvətəni, Fransanın "Pari Sen-Jermen" komandasının hücumçusu Neymarın Braziliya yığmasında qolların sayına görə onun rekordunu qırması ehtimalını qiymətləndirib.
“Report” xəbər verir ki, bu barədə futbolçu özünün
"Hər dəfə mən bu oğlanı görəndə o gülümsəyir. Cavab olaraq gülümsəməmək mümkün deyil, bu, sirayətedicidir. Mən bütün braziliyalılar kimi, onun oyununu görəndə hər zaman xoşbəxtəm. Bu gün (dünən-red) Neymar Braziliya yığmasında qollar üzrə rekorduma doğru daha bir addım atdı. Və mən Neymara ona görə azarkeşlik edirəm ki, o, mənim ilk dəfə onun oyununu görəndə keçirdiyim eyni sevinclə rekordu qırsın", - Pele instaqramda yazıb.
Qeyd edək ki, dünən futbol üzrə Braziliya millisi Amerika Kubokunun B qrupunda növbəti oyununu keçirib. Qarşılaşma Braziliya seçməsinin 4:0 hesablı qələbəsi ilə bitib. "Sambaçılar"ın qollarını 12-ci dəqiqədə Aleks Sandro, 68-ci dəqiqədə Neymar, 89-cu dəqiqədə Everton Ribeyro, 90+3-cü dəqiqədə isə Rişarlison vurub.