Braziliyalı əfsanəvi futbolçu Pele San-Pauludakı xəstəxanadan evə buraxılıb.
"Report" "LEquipe" nəşrinə istinadən xəbər verir ki, həkimlər 82 yaşlı keçmiş hücumçunun vəziyyətinin stabil olduğunu bildiriblər.
Pelenin bağırsaqlarındakı şiş sağalsa da, o, müalicəsini davam etdirəcək.
2021-ci ilin sentyabrında Pele şişin götürülməsi üçün əməliyyat olunub. Dekabrın 8-də isə o, müalicə keçməkdən ötrü planlı şəkildə xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, Pele futbol üzrə yeganə üçqat (1958, 1962, 1970) dünya çempionudur.