Əfsanəvi braziliyalı futbolçu Pelenin xəstəxanadan çıxacağı vaxt müəyyənləşib.
"Report" xəbər verir ki, bu barədə 81 yaşlı sabiq hücumçunun qızı instaqram hesabında bildirib.
O, atasının fotosunu paylaşaraq onun 2-3 gün sonra evə buraxılacağını açıqlayıb.
Qeyd edək ki, Pele daha əvvəl avqustun 30-da xəstəxanaya yerləşdirilib. Keçmiş forvard sentyabrın 6-da yoğun bağırsağındakı şişlə əlaqədar əməliyyat edilib. O, sentyabrın 14-də xəstəxananın intensiv terapiya şöbəsindən palataya köçürülüb. Futbol kralı sonuncu dəfə dekabrın 8-də San-Pauludakı özəl klinikalardan birinə çatdırılıb.