Pepe Avropa çempionatları tarixinə düşdü

Pepe Avropa çempionatları tarixinə düşdü Portuqaliya milli komandasının futbolçusu Pepe Avropa çempionatlarının tarixinə düşüb
Futbol
28 İyun , 2021 10:43
Pepe Avropa çempionatları tarixinə düşdü

Portuqaliya milli komandasının futbolçusu Pepe Avropa çempionatlarının tarixinə düşüb.

"Report"un məlumatına görə, təcrübəli müdafiəçi pley-off mərhələlərində forma geyinmiş ən qocaman oyunçu sayılıb. Pepe buna 38 yaş 121 günündə ikən Belçikaya 0:1 hesabı ilə uduzduqları 1/8 final oyununun start heyətində yer almaqla, nail olub.

Qeyd edək ki, Avropa çempionatları tarixinin qol vuran ən yaşlı futbolçusu Avstriya millisinin sabiq üzvü İviça Vastiçdir. O, AVRO-2008-də 38 yaş 257 günündə fərqlənib.

Son xəbərlər

Orphus sistemi