PFL rəsmisi: Bu mövsüm Azərbaycan Kuboku daha gərgin keçəcək

PFL rəsmisi: Bu mövsüm Azərbaycan Kuboku daha gərgin keçəcək Bu barədə artıq razılıq əldə olunub
Futbol
20 Sentyabr , 2024 14:59
PFL rəsmisi: Bu mövsüm Azərbaycan Kuboku daha gərgin keçəcək

Düşünürük ki, bu mövsüm Azərbaycan Kuboku daha gərgin keçəcək.

Bunu "Report"a açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidmətinin rəhbəri Sənan Abdullayev Azərbaycan Kubokunda 2024/2025 mövsümü ilə bağlı danışarkən deyib.

PFL rəsmisi bütün liqaların yarışda tam təmsil edilməsinin onlar üçün sevindirici hal olduğunu bildirib:

"34 komandanın iştirakı ilə püşk atılacaq. Məkan da ötənilkindən fərqlənəcək. Bu dəfə tədbir daha geniş məkanda - “Alov Qüllələri” kompleksinin “Fairmont” hotelinin “Nizami Gəncəvi” zalında keçiriləcək. Digər bir fərq tədbirin “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanmasıdır. Bu barədə artıq razılıq əldə olunub. Bu isə püşkatma mərasiminin ilk dəqiqələrdən daha geniş auditoriyaya çatdırılması ilə nəticələnəcək. Düşünürük ki, bu mövsüm Azərbaycan Kuboku daha gərgin keçəcək. Buna səbəb I Liqanın, eləcə də II Liqanın bəzi komandalarının daha optimal heyət yığmasıdır".

S.Abdullayev kubokda sürpriz nəticələrin qeydə alınacağını istisna etməyib:

"Bəzi I Liqa komandalarının bir çox Premyer Liqa klublarına qalib gəlməsi istisna deyil. II Liqada isə eyni yolla I Liqa təmsilçilərini sıradan çıxaracaq potensialda komandalar var. Bir sözlə, gözəl qarşılaşmalara ümidlərimiz böyükdür".

Qeyd edək ki, Azərbaycan Kubokunda 2024/2025 mövsümünün püşkü sentyabrın 30-da atılacaq. Tədbir saat 15:00-da start götürəcək.

Son xəbərlər

Orphus sistemi