Polşanın "Visla" (Plotsk) klubunda çıxış edən Anton Krivotsyuk Azərbaycan milli komandasına dəvət alıb.
"Report" Plotsk təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı müdafiəçi Malta və Latviya ilə yoldaşlıq oyunlarına yollanacaq.
2019-cu ildən əsas millidə çıxış edən Krivotsyuk 24 matçda meydanda olub. O, "Visla"ya ötən yay "Neftçi"dən keçib.
Qeyd edək ki, Azərbaycan millisi martın 24-də Malta Milli stadionunda yerli yığma ilə, 4 gün sonra isə Latviya ilə üz-üzə gələcək.