İngiltərənin "Mançester Yunayted" klubunun azarkeşləri İspaniya "Vilyarreal"ına qarşı UEFA Avropa Liqasının final oyunu öncəsi hücuma məruz qalıblar.
"Report" BBC-yə istinadən xəbər verir ki, insident ötən gecə matçın oynanılacağı Polşanın Qdansk şəhərindəki barların birində baş verib.
İddiaya görə, polşalı fanatların törətdiyi hadisə nəticəsində 3 ingilis tərəfdar yüngül dərəcəli xəsarət alıb. Həmçinin onların bəzi əşyaları oğurlanıb. Hazırda həmin əşyaların sahiblərinə qaytarılması istiqamətində iş gedir.
Qeyd edək ki, Qdansk stadionunda keçiriləcək final oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.