İngiltərənin "Vulherhempton" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Renat Dadaşov karyerasını növbəti dəfə Portuqaliyada davam etdirə bilər.
"Report" "Jornaldocentro" nəşrinə istinadən xəbər verir ki, "Tondela" 22 yaşlı hücumçunu icarəyə götürmək istəyir.
Qeyd edək ki, Renat Dadaşovun "Vulherhempton"la müqaviləsi 2023-cü ildə başa çatmalıdır. O, 2019-cu ildə icarə əsasında Portuqaliyanın "Pasuş de Ferreyra" klubunda çıxış edib. "Tondela" ölkənin əsas çempionatında mübarizə aparır.