Portuqaliya klubu meydana 9 futbolçu ilə çıxıb, oyun yarımçıq dayandırılıb

Portuqaliya klubu meydana 9 futbolçu ilə çıxıb, oyun yarımçıq dayandırılıb Futbol üzrə Portuqaliya Premyer Liqasının XII turunda maraqlı hadisə baş verib.
Futbol
28 Noyabr , 2021 10:04
Portuqaliya klubu meydana 9 futbolçu ilə çıxıb, oyun yarımçıq dayandırılıb

Futbol üzrə Portuqaliya Premyer Liqasının XII turunda maraqlı hadisə baş verib.

"Report"un "A Bola" nəşrinə istinadən məlumatına görə, "Belenenseş" klubu koronavirusa kütləvi yoluxma səbəbindən evdə "Benfika"ya qarşı keçirilən matça cəmi 9 futbolçu ilə çıxıb. Onlardan ikisi qapıçı olub. Qolkiperlərdən biri sahə oyunçusu mövqeyində çıxış edib.

Görüşün ilk hissəsi qonaqların 7:0 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahibləri əvvəlcə ikinci hissəni oynamaq istəməyiblər. Yalnız baş hakimin təkidindən sonra komanda 7 nəfərlə meydana qayıdıb. Amma 46-cı dəqiqədə futbolçulardan biri yerə uzanaraq, zədələndiyini bildirib. "Belenenseş"in heyətində oyunçu sayı 7-dən az olduğu üçün referi görüşü vaxtından əvvəl başa çatdırıb.

Qeyd edək ki, oyundan əvvəl "Belenenseş"in 13 futbolçusu, baş məşqçisi və köməkçiləri, həmçinin klubun 2 əməkdaşında koronavirus aşkarlanıb.

Son xəbərlər

Orphus sistemi