Portuqaliya millisinin baş məşqçisi: Qol vurmağa çalışdıq, amma bacarmadıq

Portuqaliya millisinin baş məşqçisi: Qol vurmağa çalışdıq, amma bacarmadıq Qol vurmağa çalışdıq amma bacarmadıq. Bu, Gürcüstan millisini qələbəyə layiq olduqlarına inandırdı.
Futbol
27 İyun , 2024 02:38
Portuqaliya millisinin baş məşqçisi: Qol vurmağa çalışdıq, amma bacarmadıq

Qol vurmağa çalışdıq, amma bacarmadıq. Bu, Gürcüstan millisini qələbəyə layiq olduqlarına inandırdı.

"Report" UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu fikirləri Portuqaliya millisinin baş məşqçisi Roberto Martines Almaniyada təşkil olunan Avropa çempionatının qrup mərhələsinin III turunda Gürcüstana qarşı keçirdikləri oyundan sonra mətbuat konfransında səsləndirib.

Mütəxəssis rəqib qapısı qarşısında kifayət qədər kəskin olmadıqlarını bildirib: "Aşağı intensivliklə başladıq, erkən qol buraxdıq və bu, Gürcüstana lazım idi. Qapı qarşısında kifayət qədər kəskin deyildik və rəqib qapıçı heyrətamiz performans nümayiş etdirdi".

Qeyd edək ki, Gürcüstan - Portuqaliya qarşılaşması birincilərin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Portuqaliya yığması F qrupunun lideri kimi 1/8 finala yüksəlib.

Son xəbərlər

Orphus sistemi