Portuqaliya yığmasının futbolçusu Azərbaycan millisi ilə oyunu buraxacaq

Portuqaliya yığmasının futbolçusu Azərbaycan millisi ilə oyunu buraxacaq Fransanın "Lill" klubunda çıxış edən Portuqaliya millisinin futbolçusu Renatu Sanşeş zədələnib.
Futbol
16 Avqust , 2021 09:02
Portuqaliya yığmasının futbolçusu Azərbaycan millisi ilə oyunu buraxacaq
Renatu Sanşeş

Fransanın "Lill" klubunda çıxış edən Portuqaliya millisinin futbolçusu Renatu Sanşeş zədələnib.

"Report" "LEquipe" nəşrinə istinadən xəbər verir ki, dizindən xasarət alan 24 yaşlı yarımmüdafiəçi əməliyyat olunacaq.

O, sentyabrda yaşıl meydanlara qayıda biləcək. Sanşeş dünya çempionatının seçmə mərhələsində Azərbaycan və İrlandiya ilə oyunları buraxacaq.

Qeyd edək ki, Portuqaliya seçməsi DÇ-2022-nin seçmə mərhələsində sentyabrın 1-də İrlandiyanı qəbul edəcək, sentyabrın 7-də isə Bakı Olimppiya Stadionunda Azərbaycan millisinin qonağı olacaq.

Son xəbərlər

Orphus sistemi