Portuqaliyalı baş məşqçi maaşı gecikdiyinə görə istefa verib

Portuqaliyalı baş məşqçi maaşı gecikdiyinə görə istefa verib Futbol üzrə Venesuela millisi baş məşqçisi Joze Pezeyru ilə yollarını ayırıb.
Futbol
21 Avqust , 2021 11:24
Portuqaliyalı baş məşqçi maaşı gecikdiyinə görə istefa verib

Futbol üzrə Venesuela millisi baş məşqçisi Joze Pezeyru ilə yollarını ayırıb.

"Report" Venesuela Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 61 yaşlı mütəxəssis öz istəyi ilə vəzifəsini tərk edib.

Pezeyru köməkçiləri ilə birlikdə maaşı gecikdiyi üçün ayrılmaq qərarına gəlib. Federasiya yeni baş məşqçini tezliklə açıqlayacağını bildirib.

Qeyd edək ki, Joze Pezeyru 2020-ci ilin fevralından yığmaya rəhbərlik edib.

Son xəbərlər

Orphus sistemi