Portuqaliyalı futbolçu Azərbaycan millisi ilə oyunu buraxacaq

Portuqaliyalı futbolçu Azərbaycan millisi ilə oyunu buraxacaq 2022-ci il dünya çempionatının seçmə oyunlarında İrlandiya və Azərbaycanla üz-üzə gələcək Portuqaliya yığmasının heyətində dəyişiklik edilib.
Futbol
30 Avqust , 2021 09:11
Portuqaliyalı futbolçu Azərbaycan millisi ilə oyunu buraxacaq
Rikardu Pereyra

2022-ci il dünya çempionatının seçmə oyunlarında İrlandiya və Azərbaycanla üz-üzə gələcək Portuqaliya yığmasının heyətində dəyişiklik edilib.

"Report" Portuqaliya Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, İngiltərənin "Lester" klubunda çıxış edən Rikardu Pereyra zədə səbəbindən heyətdən çıxarılıb.

27 yaşlı müdafiəçinin yerinə komandaya İngiltərənin digər təmsilçisi "Vulverhempton"da oynayan Nelson Semedu cəlb olunub.

Qeyd edək ki, sentyabrın 1-də İrlandiyanı qəbul edəcək Portuqaliya seçməsi sentyabrın 4-də Qətərlə yoldaşlıq görüşündə üz-üzə gələcək.

Sentyabrın 7-də isə bu komanda Bakı Olimpiya Stadionunda Azərbaycan yığmasının qonağı olacaq. Görüş saat 20:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi