Portuqaliya millisinin futbolçusu Rafael Gerreyru Azərbaycan yığması ilə keçirəcəkləri dünya çempionatının seçmə oyununu buraxa bilər.
"Report" xəbər verir ki, "Borussiya" (Dortmund) klubunda çıxış edən 28 yaşlı müdafiəçi Almaniya Kubokunun 1/4 finalında "Borussiya" (Mönhenqladbax) komandasını 1:0 hesabı ilə məğlub etdikləri oyunda zədələnib.
5-ci dəqiqədə sol ayağından xəsarət alan oyunçunun qarşıdakı görüşlərdə iştirakı sual altına düşüb. Onun zədəsinin ciddi olduğu ehtimal edilir.
Qeyd edək ki, martın 24-də Lissabondakı "Joze Alvalade" stadionunda keçiriləcək Portuqaliya - Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.