Portuqaliyalı müdafiəçi: "Ən əsası odur ki, qalib gəldik"

Portuqaliyalı müdafiəçi: "Ən əsası odur ki, qalib gəldik" "Burada hamı keyfiyyətli komandadır. Buna görə də asan oyun alınmadı. İkinci hissədə rəqibin keçidlərini tam nəzarətdə saxlaya bilmədik. Amma ən əsası odur ki, qalib gəldik".
Futbol
25 Mart , 2021 02:13
Portuqaliyalı müdafiəçi: Ən əsası odur ki, qalib gəldik

"Belə oyunlar həmişə çətin olur. Çünki topun önündə çoxlu oyunçu var idi. Bizim hücumları gözləyir, sonra isə əks-hücuma keçirdilər. Ola bilsin, ikinci hissədə belə əks-hücumları o qədər də yaxşı nəzarətdə saxlaya bilmədik. Amma ən əsası odur ki, qalib gəldik".

"Report"un məlumatına görə, bunu Portuqaliya yığmasının futbolçusu Dominquş Duarte evdə Azərbaycan millisinə 1:0 hesabı ilə qalib gəldikləri dünya çempionatının seçmə oyunu barədə danışarkən deyib.

İspaniya "Qranada"sında çıxış edən 26 yaşlı müdafiəçi bildirib ki, hər zaman qələbə qazanmaq və seçmə mərhələyə 3 xalla başlamaq çox vacibdir. O, növbəti qarşılaşmada səfərdə Serbiyanı da yenmək istədiklərini bildirib: "Hər zaman eyni ambisiyada olacağıq. İşimiz bu görüşdən sonra bərpa olunmaq və növbəti qarşılaşmadan da qalib ayrılmaqdır".

Qeyd edək ki, Portuqaliya Azərbaycan millisini 36-cı dəqiqədə Maksim Medvedevin vurduğu avtoqolla məğlubiyyətə uğradıb.

Son xəbərlər

Orphus sistemi