Portuqaliyalı qapıçı millimizlə matçdan əvvəl ciddi zədə aldı

Portuqaliyalı qapıçı millimizlə matçdan əvvəl ciddi zədə aldı Portuqaliya yığmasının qapıçısı Ruy Patrisiu Azərbaycan millisinə qarşı keçirəcəkləri dünya çempionatının seçmə oyunundan əvvəl ciddi zədə alıb
Futbol
16 Mart , 2021 09:23
Portuqaliyalı qapıçı millimizlə matçdan əvvəl ciddi zədə aldı

Portuqaliya yığmasının qapıçısı Ruy Patrisiu Azərbaycan millisinə qarşı keçirəcəkləri dünya çempionatının seçmə oyunundan əvvəl ciddi zədə alıb.

"Report"un məlumatına görə, İngiltərənin "Vulverhempton" klubunda çıxış edən 33 yaşlı qolkiper Premyer Liqanın XXVIII turunda "Liverpul"a 0:1 hesabı ilə uduzduqları görüşdə sıradan çıxıb.

Patrisiu 86-cı dəqiqədə ağır zədə ilə üzləşib. "Vulverhempton"un kapitanı Konor Koudi rəqib futbolçu Məhəmməd Salahın zərbəsinin qarşısını almağa çalışarkən dizini öz qapıçısının başına vurub. Təcrübəli oyunçunun müalicəsi səbəbindən qarşılaşma 14 dəqiqə dayanıb. Portuqaliyalı qapıçı meydanı xərəkdə tərk edib.

Komandanın baş məşqçisi Nunu Eşpiritu Santu qapıçının durumunun yaxşı olduğunu bildirib.

Qeyd edək ki, martın 24-də İtaliyadakı "Yuventus" stadionunda keçiriləcək Portuqaliya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Son xəbərlər

Orphus sistemi