Premyer Liqa: "Kəpəz" növbəti dəfə məğlub olub

Premyer Liqa: "Kəpəz" növbəti dəfə məğlub olub "Kəpəz" Azərbaycan Premyer Liqasında növbəti dəfə uduzub.
Futbol
20 Sentyabr , 2024 18:55
Premyer Liqa: Kəpəz növbəti dəfə məğlub olub

"Kəpəz" Azərbaycan Premyer Liqasında növbəti dəfə uduzub.

"Report"un məlumatına görə, Gəncə təmsilçisi VII turda "Şamaxı" ilə üz-üzə gəlib.

Tovuz şəhər stadionunda baş tutan qarşılaşma "sarı-göylər"in məğlubiyyəti ilə bitib - 0:2.

"Şamaxı"nın qollarını 16-cı dəqiqədə Brahim Konate, 19-cu dəqiqədə Giorgi Kantariya vurub.

Keçirdiyi 7 matçın hamısında yenilən "Kəpəz" sonuncu - 10-cu pillədə qərarlaşıb. Rəqiblərindən bir oyun az keçirən "Şamaxı" 11 xalla üçüncü sıradakı "Sabah"a çatıb.

Qeyd edək ki, günün digər görüşündə "Qarabağ" "Neftçi"ni qəbul edəcək. VII turun digər matçları sentyabrın 21-22-də baş tutacaq.

Son xəbərlər

Orphus sistemi