İngiltərə Premyer Liqasında çıxış edən bəzi klubların azarkeşləri ev oyunlarına biletlərin qiymətlərinin baha olması səbəbindən etiraz edəcəklər.
"Report" xəbər verir ki, bu barədə məşhur "Football Tweet" səhifəsi sosial şəbəkə hesabında bildirib.
Əsasən "Mançester Yunayted”, “Mançester Siti”, “Everton” və “Liverpul” azarkeşləri həftəsonu bir araya toplaşaraq qiymələrin baha olması səbəbindən etiraz aksiyası keçirəcəklər.
Qeyd edək ki, dekabrın 1-də “Mançester Yunayted” “Everton”u, “Liverpul” isə “Mançester Siti”ni qəbul edəcək.