Futbol üzrə Azərbaycan Premyer Liqasında X turun daha bir oyunu keçirilib.
"Report"un məlumatına görə, "Zəfər turu"nda günün ilk qarşılaşması "Səbail" və "Qəbələ" komandaları arasında olub.
Matç əyalət təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. İlk qolu 88-ci dəqiqədə Emil Səfərov vurub. 90+5-ci dəqiqədə Məqsəd İsayev fərqi iki topa çatdırıb.
56-cı diqəqədə paytaxt klubunda Yurgen Qoca ikinci sarı vərəqəni alaraq meydandan qovulub.
Bu nəticədən sonra xallarının sayını 18-ə çatdıran "qırmızı-qaralar" 2-ci pilləyə yüksəlib. 9 xala malik "dənizçilər" isə 7-ci sıradadır.
Qeyd edək ki, tura bu gün oynanılacaq "Sumqayıt" - "Qarabağ" matçı ilə yekun vurulacaq. "Zəfər turu"nun digər qarşılaşmalarında "Keşlə" evdə "Neftçi"ni 3:2 hesabı ilə üstələyib. "Sabah" - "Zirə" görüşündə isə heç-heçə qeydə alınıb - 3:3.