Premyer Liqa: "Səbail" son dəqiqə qolu sayəsində məğlubiyyətdən xilas olub

Premyer Liqa: "Səbail" son dəqiqə qolu sayəsində məğlubiyyətdən xilas olub Azərbaycan Premyer Liqasında XV tura start verilib.
Futbol
2 Dekabr , 2023 18:03
Premyer Liqa: Səbail son dəqiqə qolu sayəsində məğlubiyyətdən xilas olub

Azərbaycan Premyer Liqasında XV tura start verilib.

"Report"un məlumatına görə, açılış oyunu "Dalğa Arena"da keçirilib.

Rəqiblərini həmin arenada qəbul edən "Araz Naxçıvan" bu dəfə "Səbail"lə qarşılaşıb. Görüşdə hesabı nominal meydan sahibləri açıblar.

Mohammed Kadiri 17-ci dəqiqədə fərqlənib. Lakin qonaqlar məğlubiyyətdən son anda qurtulublar. 90+3-cü dəqiqədə Numan Kurdiç avtoqol müəllifi olub. Nəticədə qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Bununla "Səbail" xallarının sayını 23-ə, "Araz Naxçıvan" isə 22-yə yüksəldib.

Qeyd edək ki, turun "Turan Tovuz" - "Sumqayıt" görüşü bu gün, digər matçlar isə dekabrın 3-4-də baş tutacaq.

Son xəbərlər

Orphus sistemi