Prosineçkinin komandası Superliqada sonuncu oldu

Prosineçkinin komandası Superliqada sonuncu oldu Türkiyə Super Liqasında XXXIV turun qarşılaşmaları avrokuboklara daha 3 vəsiqəni qazanan və I Liqaya enən komandaların adlarını müəyyənləşdirib.
Futbol
26 İyul , 2020 01:04
Prosineçkinin komandası Superliqada sonuncu oldu

Türkiyə Super Liqasında XXXIV turun qarşılaşmaları avrokuboklara daha 3 vəsiqəni qazanan və I Liqaya enən komandaların adlarını müəyyənləşdirib. 

"Report"un məlumatına görə, "Başakşehir"lə birgə Çempionlar Liqasına "Trabzonspor" yüksəlib.

Bu, Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçkinin hazırda rəhbərlik etdiyi "Kayserispor" üzərində 2:1 hesablı səfər qələbəsi sayəsində mümkün olub. "Trabzonspor" 65 xalla ikinci, "Kayserispor" 32 xalla sonuncu yeri tutub. Nəticədə Prosineçkinin komandası eyni xala malik "Yeni Malatyaspor" və "Ankaragücü" ilə birgə I Liqaya enib. "Yeni Malatyaspor" evdə "Qaziantep"ə 0:1 hesabı ilə uduzub. "Ankaragücü" səfərdə "Dənizlispor"u eyni hesabla yensə də, 17-ci pillə ilə kifayətlənməli olub. 

Son tur qarşılaşmaları bürünc medalçının taleyinə də aydınlıq gətirib. "Beşiktaş" səfərdə "Gənclərbirliyi" üzərində 3:0 hesablı qələbə sayəsində 62 xalla 3-cü yeri ələ keçirib. Əvəzində "Sivasspor" səfərdə "Göztəpə"yə 1:3 hesabı ilə uduzub və 60 xalla 4-cü yerə enib. Bununla belə, həm "Beşiktaş", həm də "Sivasspor" Avropa Liqasına vəsiqə qazanıb. 

Daha bir vəsiqəyə "Trabzonspor" və "Alanyaspor" arasında iyulun 29-da keçiriləcək Türkiyə Kubokunun final matçının qalibi sahib çıxacaq.  

Bu tur "Antalyaspor"la 2:2 hesablı heç-heçə edən "Qalatasaray" 56 xalla 6-cı, "Rizespor"a 3:1 hesabı ilə qalib gələn "Fənərbağça" 53 xalla 7-ci yeri tutub.  

Qeyd edək ki, Superliqaya bu gün "Kasımpaşa" və "Başakşehir" arasında keçiriləcək oyunla yekun vurulacaq. 

Son xəbərlər

Orphus sistemi