İngiltərənin "Tottenhem" klubunun qapıçısı Uqo Lyoris karyerasını Fransada davam etdirə bilər.
"Report" "The Sun" nəşrinə istinadən xəbər verir ki, 34 yaşlı qolkiperlə PSJ klubu maraqlanır.
London təmsilçisi artıq yeni qapıçı axtarışına da çıxıb. Namizədlər arasında "Vest Bromviç"dən Sem Conston və "Mançester Yunayted"dən Din Henderson var.
Qeyd edək ki, Uqo Lyoris bu mövsüm "Tottenhem"in heyətində 19 oyunda meydanda olub və 19 qol buraxıb. Fransa millisinin üzvü 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatında qızıl medal qazanıb.