PSJ-nin futbolçularının evləri qarət edilib, ailələri girov götürülüb

PSJ-nin futbolçularının evləri qarət edilib, ailələri girov götürülüb PSJ futbolçuları Anxel Di Mariya və Markinyosun evləri Fransa çempionatının XXIX turunun "Nant"la matçı zamanı soyulub
Futbol
15 Mart , 2021 08:14
PSJ-nin futbolçularının evləri qarət edilib, ailələri girov götürülüb

“Pari Sen-Jermen” (PSJ) futbolçuları Anxel Di Mariya və Markinyosun evləri Fransa çempionatının XXIX turunun "Nant"la matçı zamanı soyulub.

“Report” xəbər verir ki, bu barədə ESPN bildirib.

Məlumata görə, futbolçuların ailələri evdə olarkən cinayətkarlar mənzilləri qarət ediblər və onları girov götürüblər. Matç zamanı “parislilər”in idman direktoru Leonardo klubun baş məşqçisi Maurisio Poçettinoya bu barədə məlumat verib. Di Mariya qarşılaşmanın 62-ci dəqiqəsində əvəzlənib və ailəsinin yanında olmaq üçün dərhal evə yola düşüb.

Qeyd edilir ki, polis hadisə ilə bağlı araşdırmaya başlayıb, klub iki oyunçuya və onların ailələrinə tam dəstəyini təklif edəcək.

Xatırladaq ki, PSJ və "Nant" arasında görüş Parisdəkı "Park-de-Prens" stadionunda keçirilib və 1:2 hesabı ilə başa çatıb. “Nant”ın heyətində Randal Kolo Muani və Mouzes Saymon fərqləniblər. “Parislilər”in yeganə qolunu Yulian Draksler vurub.

PSJ 29 matçda 60 xal yığaraq və Birinci Liqanın yarış cədvəlində 2-ci yer tutur. "Nant" 27 xalla 18-ci yerdə qərarlaşıb. Fransa çempionatına 63 xalla "Lill" liderlik edir.

Son xəbərlər

Orphus sistemi