PSJ Mbappeyə yüksək maaş təklif edir

PSJ Mbappeyə yüksək maaş təklif edir Fransanın PSJ klubu müqaviləni uzatmaq istədiyi Kilian Mbappeyə yüksək maaş təklif edəcək.
Futbol
17 Fevral , 2022 16:13
PSJ Mbappeyə yüksək maaş təklif edir

Fransanın PSJ klubu futbolçusu Mbappeyə, müqaviləsini uzatmaq üçün yüksək maaş təklif edəcək.

"Report" "The Independent" nəşrinə istinadən xəbər verir ki, Paris təmsilçisi 24 yaşlı hücumçuya illik 50 milyon funt sterlinq ödəməyə hazırdır.

Beləliklə, Fransa təmsilçisi digər klubların və İspaniya "Real Madrid"inin Mbappeyə marağını azaltmaq istəyir.

Qeyd edək ki, Kilian Mbappenin sözləşməsi yayda başa çatacaq. Forvard cari mövsüm meydana çıxdığı 32 oyunda 22 qol vurub və 16 məhsuldar ötürmə ilə yadda qalıb.

Son xəbərlər

Orphus sistemi