Fransanın PSJ klubunun futbolçusu Moyze Kin Parisin şimalında ehtiyacı olanlara kömək edib.
"Report"un məlumatına görə, 21 yaşlı hücumçu Port-de-la-Şapel bölgəsində evsiz miqrantlara yemək paylayıb.
Qeyd edək ki, PSJ mayın 4-də Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab görüşündə İngiltərədə "Mançester Siti"nin qonağı olacaq. Parisdəki ilk görüşdə Fransa klubu 1:2 hesabı ilə uduzub.