Fransanın "Pari Sen-Jermen" (PSJ) futbol klubunun prezidenti Nasser Əl-Xəlafi bildirib ki, hücumçu Kilian Mbapppe komandanı tərk etməyəcək.
“Report”un məlumatına görə, bu barədə “L Equipe” bildirib.
"Mən açıq deyəcəm: Mbappe Parisdə qalacaq, biz heç vaxt onu satmayacağıq və o heç vaxt bizim komandanı müstəqil agent kimi tərk etməyəcək. Parisdə Mbappe üçün lazım olan hər şey var. Ambisiyalar nöqteyi-nəzərindən hansı klub bu gün PSJ ilə rəqabət apara bilər?" - Əl-Xəlaifi deyib.
Qeyd edək ki, PSJ-nin Mbappe ilə müqavilənin müddətinin uzadılması haqqında razılığa gələ bilməməsi barədə məlumat yayılıb. Bildirilir ki, klub hücumçunu 140-150 milyon avroya satmağa hazırdır. Futbolçu ilə İspaniyanın “Real Madrid” komandası da maraqlanır.
Mbappe PSJ-də 2018-ci ildən çıxış edir. O, komandaya "Monako"dan keçib. Futbolçunun komandayla müqaviləsi 2022-ci ilin yayında başa çatacaq.