Türkiyənin "Qalatasaray" klubunda prezident seçkiləri təxirə salınıb.
"Report" "sarı-qırmızılar"ın rəsmi tvitter hesabına istinadən xəbər verir ki, bu barədə İstanbul valiliyi qərar çıxarıb.
Səbəb kimi koronavirus pandemiyasının yayılması göstərilib. Seçki 2021-ci il fevralın 28-də gerçəkləşə bilər.
Qeyd edək ki, daha əvvəl prezident seçkilərinin bu ilin dekabrında keçirilməsi planlaşdırılıb.