Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Omar Elabdellauidə koronavirus aşkarlanıb.
"Report" İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, karantinə alınan Mərakeş əsilli norveçli müdafiəçinin müalicəsinə başlanılıb.
Qeyd edək ki, 2020-ci ilin dekabrında əlində fişəng partladığı üçün üzündən xəsarət alan 31 yaşlı oyunçu zədədən yenicə qayıtmışdı.