Türkiyənin "Qalatasaray" klubunun hazırkı prezidenti Mustafa Cengiz maraqlı açıqlama verib.
"Report"un məlumatına görə, 72 yaşlı funksioner mətbuat konfransında futbolçu Radamel Falkaonun transferinə görə peşman olduğunu bildirib.
Cengiz kolumbiyalı oyunçunun keçidi üçün yaxşı danışıqlar aparmadıqlarını sözlərinə əlavə edib: "Hazırda Falkao transferi qarşımda olsa, daha sıx bazarlıq edərəm".
O, səhhətindəki problemlər səbəbindən prezident seçkilərində namizədliyini irəli sürmədiyini deyib.
Qeyd edək ki, Radamel Falkao 2019-cu ildən "Qalatasaray"da çıxış edir.