Braziliyanın "Palmeyras" klubu futbolçusu Felipe Melo ilə yollarını ayırıb.
"Report" Sao Paulo təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 38 yaşlı yarımmüdafiəçinin yanvarın 1-də başa çatacaq müqaviləsi yenilənməyəcək.
Qeyd edək ki, 2011 - 2015-ci ildə Türkiyənin "Qalatasaray" klubunda 3 dəfə ölkə çempionu olmuş Felipe Melo 2016-cı ildən "Palmeyras"ın formasını geyinir. Təcrübəli oyunçu 2018-ci ildə Braziliya A Seriyasını, 2020 və 2021-ci illərdə Libertadores Kubokunu qazanıb.