"Qalatasaray"ın sabiq futbolçusu həbs oluna bilər

"Qalatasaray"ın sabiq futbolçusu həbs oluna bilər Braziliyanın "Palmeyras" klubunun futbolçusu Felipe Melo həbs edilə bilər
Futbol
8 Oktyabr , 2021 12:39
Qalatasarayın sabiq futbolçusu həbs oluna bilər
Felipe Melo

Braziliyanın "Palmeyras" klubunun futbolçusu Felipe Melo həbs edilə bilər.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, 38 yaşlı yarımmüdafiəçinin "Flamenqo"ya qarşı Libertadores Kubokunun final oyununun keçiriləcəyi Uruqvayda saxlanılma ehtimalı var.

2017-ci ildə "Palmeyras" və "Penyarol" komandaları arasında matçdakı insident baş verib və futbolçular arasında münaqişə yaşanıb. Melo həmin vaxt rəqib oyunçuya yumruqla zərbə endirib. Hadisədən sonra bir neçə şəxs saxlanılsa da, yarımmüdafiəçi Uruqvayı tərk edib.

Olkədə davam edən məhkəmə ilə əlaqədar Felipe Melonun saxlanılacağı gözlənilir. Belə olacağı təqdirdə, braziliyalı oyunçu final görüşünü buraxmalı olacaq.

Qeyd edək ki, 2011 - 2015-ci ildə Türkiyənin "Qalatasaray" klubunda çıxış etmiş Felipe Melo 2016-cı ildən Braziliya təmsilçisinin formasını geyinir. "Palmeyras" - "Flamenqo" qarşılaşması noyabrın 27-də olacaq.

Son xəbərlər

Orphus sistemi