Türkiyə "Qalatasaray"ı heyətini daha bir futbolçu ilə gücləndirib.
"Report" "NTV Spor"a istinadən xəbər verir ki, İstanbul təmsilçisi İngiltərə Premyer Liqasında mübarizə aparan "Nyukasl" klubunun sağ cinah müdafiəçisi Deandre Yedlinin keçidini həll edib.
ABŞ-dan olan 28 yaşlı oyunçunun sabah İstanbula gələrək rəsmi müqaviləyə qol çəkəcəyi gözlənilir.
Qeyd edək ki, Deandre Yedlin 2016-cı ildən "Nyukasl"da çıxış edir.