Türkiyə "Qalatasaray"ı oyunçusu Fernando Muslera ilə müqavilənin müddətini uzadır.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, artıq tərəflər arasında 3 illik yeni sözləşmə ilə bağlı razılıq əldə olunub.
35 yaşlı uruqvaylı qapıçı sabah təşkil olunacaq mərasimdə müqaviləyə imza atacaq.
Qeyd edək ki, Fernando Muslera 2011-ci ildən "Qalatasaray"da çıxış edir. O, Superliqa təmsilçisinə İtaliyanın "Latsio" klubundan keçib.