"Qalatasaray" Fatih Terimlə yollarını ayırıb

"Qalatasaray" Fatih Terimlə yollarını ayırıb Türkiyənin "Qalatasaray" klubunun prezidenti Burak Elmas baş məşqçi Fatih Terimlə görüşüb.
Futbol
10 Yanvar , 2022 15:02
Qalatasaray Fatih Terimlə yollarını ayırıb

Türkiyənin "Qalatasaray" klubu baş məşqçisi Fatih Terimlə yollarını ayırıb. 

"Report" xəbər verir ki, bu barədə məlumatı "Hurriyet" qəzeti yayıb.  

Qərar klub prezidenti Burak Elmasla 69 yaşlı mütəxəssis arasındakı görüşdə qəbul olunub. 15 dəqiqə davam edən toplantıdan sonra Terimlə yolların ayrıldığı bildirilib. 

Xatırladaq ki, 2017-ci ildən İstanbul təmsilçisinin sükanı arxasında olan Fatih Terim 1996 - 2000-ci, 2002 - 2004, 2011 - 2013-cü illərdə də komandaya rəhbərlik edib.

14:55

Türkiyənin "Qalatasaray" klubunun prezidenti Burak Elmas baş məşqçi Fatih Terimlə görüşüb.

"Report" "A Spor"a istinadən xəbər verir ki, "sarı-qırmızılar"ın İdarə Heyətinin də qatıldığı toplantıda komandanın ard-arda pis nəticələr göstərməsi müzakirə olunub.

69 yaşlı mütəxəssis "NEF Stadionu"nu tərk etdikdən sonra İdarə Heyətinin toplantısı başlayıb.

Bəzi idarəçilər Terimlə vidalaşmaq istəyib, lakin Elmas onunla mövsümün sonunadək yola davam etmək niyyətində olduğunu bildirib.

İclas davam edir.

Son xəbərlər

Orphus sistemi