Türkiyənin "Qalatasaray" klubu baş məşqçi Fatih Terimlə yeni müqavilə imzalayacaq.
"Report"un "Hürriyet"ə istinadən məlumatına görə, 68 yaşlı mütəxəssis 3 illik sözləşməyə qol çəkəcək.
İmzalama mərasiminin iyunun 23-də təşkili planlaşdırılır. İstanbul təmsilçisinin yeni prezidenti Burak Elmas təcrübəli baş məşqçinin istədiyi transferləri həyata keçirməyə çalışacaq.
Terim İtaliya "Sassuolo"sunda çıxış edən Türkiyə millisinin futbolçusu Kaan Ayhan və İspaniya "Betis"indən Aleks Morenonun keçidində israrlıdır. Daha sonra klubla müqaviləsi başa çatan Arda Turan, Henri Onyekuru, Rayan Donk və Emre Akbabanın aqibətinə aydınlıq gələcək.