Türkiyə "Qalatasaray"ı 3 futbolçusu ilə yeni müqavilə imzalayıb.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul klubu yarımmüdafiəçi Taylan Antalyalı, müdafiəçi Kristian Luyindama və qapıçı İsmail Çipe ilə sözləşməsinin müddətini uzadıb.
Anlaşmaya əsasən, Antalyalı 2026-cı ilin, Luyindama 2024-cü ilin, Çipe isə 2023-cü ilin yayınadək "sarı-qırmızılı" formanı geyinəcək.