"Sivasspor"la matç ağır səfərlərimizdən biridir. Rəqib də bizim kimi xal qazanmayıb".
"Report"un məlumatına görə, bu fikirləri "Qarabağ"ın futbolçusu Qara Qarayev Avropa Liqasının qrup mərhələsinin III turunda Türkiyənin "Sivasspor" klubuna qarşı keçirəcəkləri oyundan əvvəl mətbuat konfransında deyib.
28 yaşlı yarımmüdafiəçi bildirib ki, hər iki komanda xal qazanmaq üçün meydana çıxacaq. "Sivasspor" haqqında xoş sözlər deyə bilərəm. Komanda olaraq rəğbətimizi qazanan bir kollektivdir. Sabah bizim üçün çətin olacaq, amma əlimizdən gələni edəcəyik ki, qələbə qazanaq".
Qeyd edək ki, noyabrın 5-də "Yeni Sivas 4 Eylül" stadionunda keçiriləcək "Sivasspor" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 21:55-də start götürəcək.