"Qarabağ"a məğlubiyyətdən sonra Kurban Berdıyevin istefası tələb olunub

"Qarabağ"a məğlubiyyətdən sonra Kurban Berdıyevin istefası tələb olunub Qazaxıstan "Kayrat"ının azarkeşləri növbəti dəfə komandanın baş məşqçisi Kurban Berdıyevdən narazılıqlarını bildiriblər.
Futbol
22 Oktyabr , 2021 15:18
Qarabağa məğlubiyyətdən sonra Kurban Berdıyevin istefası tələb olunub

Qazaxıstan "Kayrat"ının azarkeşləri növbəti dəfə komandanın baş məşqçisi Kurban Berdıyevdən narazılıqlarını bildiriblər.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, fanatlar UEFA Konfrans Liqasının qrup mərhələsində "Qarabağ"a məğlubiyyətdən sonra klub rəhbərliyindən 69 yaşlı rusiyalı mütəxəssisin istefaya göndərilməsini tələb ediblər.

Onlar əvvəlki baş məşqçi Aleksey Şpilevskinin qaytarılmasını istəyiblər.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş oyun "Qarabağ"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Son xəbərlər

Orphus sistemi