"Qarabağ" klubu Avropa reytinqində 16 pillə irəliləyib.
"Report" xəbər verir ki, bu, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının açıqladığı reytinq siyahısına əsasən müəyyənləşib.
Hazırda 129 xala malik Ağdam təmsilçisi qitənin ümumilikdə 170 klubunun yer aldığı siyahıda 72-cidir. Komanda ötən ay 85,6 xalla 88-ci idi.
Azərbaycanın daha bir təmsilçisi "Neftçi" isə 81,5 xalla 134-cü sırada qərarlaşıb.
Siyahıya yenə Avropa klubu başçılıq edir. Lakin artıq Niderland "Ayaks"ı deyil, İngiıtərənin "Çelsi" komandası liderdir. "Zadəganlar"ın 310 xalı var.