"Qarabağ" Azərbaycan çempionatları tarixində yeni rekord müəyyənləşdirib

"Qarabağ" Azərbaycan çempionatları tarixində yeni rekord müəyyənləşdirib Ağdam klubu ölkə çempionatları tarixində 118-ci dəfə ev oyununda 3 və ya daha çox qol vurub
Futbol
7 Mart , 2022 13:39
Qarabağ Azərbaycan çempionatları tarixində yeni rekord müəyyənləşdirib

Azərbaycan Premyer Liqasının XVIII turunda “Qəbələ”ni 5:1 hesabı ilə məğlub edən "Qarabağ" yeni rekorda imza atıb.

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Ağdam klubu ölkə çempionatları tarixində 118-ci dəfə ev oyununda 3 və ya daha çox qol vurub.

Bu, 1992-ci ildən keçirilən yarışın tarixində yeni rekorddur. “Qarabağ” öz meydanında 117 dəfə məhsuldarlıq nümayiş etdirən “Neftçi”ni arxada qoyub.

Qeyd edək ki, "köhlən atlar"ın üç və ya daha çox qol vurduğu ilk ev oyunu 1992-ci il mayın 6-da baş tutub. 30 il öncə Kürdəmir “Şirvan”ı üzərində 6:0 hesablı qələbə əldə olunub.

Son xəbərlər

Orphus sistemi