"Qarabağ" bu gün yeni hücumçusu ilə müqavilə imzalayacaq

"Qarabağ" bu gün yeni hücumçusu ilə müqavilə imzalayacaq "Qarabağ"ın Ukraynanın "Minay" klubundan heyətinə qatdığı Rüstəm Əhmədzadə ilə müqavilə imzalayacağı vaxt bəlli olub
Futbol
15 Dekabr , 2021 10:04
Qarabağ bu gün yeni hücumçusu ilə müqavilə imzalayacaq
Rüstəm Əhmədzadə

"Qarabağ"ın Ukraynanın "Minay" klubundan heyətinə qatdığı Rüstəm Əhmədzadə ilə müqavilə imzalayacağı vaxt bəlli olub.

"Report"un məlumatına görə, hazırda Bakıda olan 21 yaşlı hücumçu ötən gün tibbi müayinədən keçib.

Müayinənin nəticələri bu gün açıqlanacaq. Cavablar bilinən kimi gənc forvardla rəsmi anlaşma əldə ediləcək. Hələlik müqavilənin müddəti bəlli deyil.

Qeyd edək ki, Azərbaycan millisinin də formasını geyinən Rüstəm Əhmədzadə 2020-ci ilin iyulundan "Minay"ın formasını geyinib.

Son xəbərlər

Orphus sistemi