"Qarabağ" Azərbaycan Premyer Premyer Liqasının XVII turunda "Səbail"ə qarşı keçirəcəyi ev oyununa itkilərlə çıxacaq.
Klubdan "Report"a verilən məlumata görə, müdafiəçi Rahil Məmmədov və hücumçu Ovusu Kvabenə zədəli olduqları üçün qarşıdakı görüşü də buraxacaqlar. Hər iki oyunçu XVI turda "Sumqayıt"la qolsuz bərabərə qaldıqları matçda da eyni səbəbdən iştirak etməyib. Məmmədov və Kvabenanın zədələri tam sağalmadığından, fərdi məşqlərə üstünlük verirlər.
Cəzalı durumda olan Kevin Medina da komandasına kömək edə bilməyəcək.
"Səbail"də isə yalnız Kamran Ağayev cəzalı olduğundan, oyunu buraxmalı olacaq.
Qeyd edək ki, fevralın 25-də "Azərsun Arena"da keçiriləcək "Qarabağ" - "Səbail" oyunu saat 18:30-da başlayacaq.