"Qarabağ"ın avrokubokdakı oyunu mövsümün ən yaxşılarından hesab edilib

"Qarabağ"ın avrokubokdakı oyunu mövsümün ən yaxşılarından hesab edilib UEFA Konfrans Liqasında cari mövsümün ən yaxşı oyunları açıqlanıb.
Futbol
7 May , 2022 09:37
Qarabağın avrokubokdakı oyunu mövsümün ən yaxşılarından hesab edilib

UEFA Konfrans Liqasında cari mövsümün ən yaxşı oyunları açıqlanıb.

"Report" Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, "10-luq"da "Qarabağ" və Kiprin "Omoniya" komandaları arasında Bakıda keçirilmiş qrup mərhələsinin V tur matçı da yer alıb.

UEFA qarşılaşmanın 88-ci dəqiqəsində Patrik Andradenin "köhlən atlar"ı hesabda önə keçirdiyini, lakin 90-cı dəqiqədə Jordi Qomesin uzaq məsafədən fərqlənərək rəqib qapıçını təəccübləndirdiyini yazıb.

Qeyd edək ki, "Qarabağ" - "Omoniya" görüşü 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Son xəbərlər

Orphus sistemi