Futbol üzrə Sloveniya çempionu müəyyənləşib.
"Report"un məlumatına görə, "Tselye" tarixində ilk dəfə ölkə çempionu adını qazanıb.
Komanda buna sonuncu - XXXVI turda Lyublyana "Olimpiya"sı ilə 2:2 hesablı heç-heçə edərək nail olub. Xalını 69-a çatdıran "Tselye" ən yaxın izləyiciləri "Olimpiya" və "Maribor"u 2 xal geridə qoyub.
Komanda həm də ilk dəfə Çempionlar Liqasının təsnifat mərhələsində çıxış edəcək və Azərbaycan təmsilçisi "Qarabağ"ın potensial rəqibi olacaq.