"Qarabağ"ın Avropa Liqasındakı rəqiblərindən İspaniya "Vilyarreal"ı qrup mərhələsindəki matçlarda azarkeşlərin iştirak etməsini istəyir.
"Report" AS nəşrinə istinadən xəbər verir ki, klub rəhbərliyi məsləhətləşmələr apardıqdan sonra yerli hökumətinə müraciət ünvanlayıb.
UEFA-nın qərarına əsasən, avrokubok matçlarında stadionun tutumunun 30 faizinə qədər azarkeş buraxıla bilər. Lakin yerli orqanların icazəsi olmalıdır.
"Vilyarreal" hələ ki, bölgə rəhbərliyindən cavab gözləyir.
Qeyd edək ki, "Qarabağ" "Vilyarreal"la oktyabrın 29-da evdə, dekabrın 11-də isə İspaniyada üz-üzə gəlməlidir. Ağdam təmsilçisi ilk turda İsrail "Makkabi"sinin (Tel-Əviv) qonağı olacaq. İspaniya klubu isə Türkiyə "Sivasspor"unu qəbul edəcək.
Xatırladaq ki, "Sivasspor" klubu da ev oyunlarında azarkeşlərin iştirakı üçün UEFA-ya və Türkiyə Futbol Federasiyasına müraciət edib.