"Sivasspor"la oyunda əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Yaxşı matç olacağına ümid edirəm".
Bu fikirləri "Report"a açıqlamasında "Qarabağ"ın direktoru Emrah Çelikel UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda Türkiyədə "Sivasspor"a qarşı keçirəcəkləri oyunla bağlı danışarkən deyib.
Klub rəsmisi bu gün iki qardaş ölkənin komandalarının qarşılaşacağını bildirib: "Stadionda çox gözəl ab-havanın olacağına inanıram. Hər bir halda qarşılaşmaya 3 xal qazanmaq üçün çıxacağıq".
Çelikel komandanın IV turda "Sivasspor"la ev matçının hansı ölkədə keçirilməsi barədə qərarın hələ verilmədiyini söyləyib: "Ev oyunlarımızı da səfərdə keçiririk. Bu isə komandaya əlavə yorğunluq gətirir".
Qeyd edək ki, bu gün "Yeni Sivas 4 Eylül" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:55-də start götürəcək.