"Qarabağ" "Səbail"ə qarşı Azərbaycan Premyer Liqasının II turunun oyununda ciddi itki ilə üzləşib.
"Report"un məlumatına görə, matçın 81-ci dəqiqəsində Ağdam klubunun yarımmüdafiəçisi Riçard Almeyda zədələnib. Əzələsi dartılan 32 yaşlı yarımmüdafiəçi meydanı xərəkdə tərk edib.
3 əvəzetmənin hamısı istifadə olunduğundan ağdamlılar son dəqiqələri 10 nəfərlə keçirəcək.
Qeyd edək ki, hazırda qarşılaşmada 2-ci hissə oynanılır və "Qarabağ" hesabda öndədir - 3:0.