"Qarabağ"ın futbolçusu Uroş Matiç ölkəsi Serbiyada dincəlir.
"Report"un məlumatına görə, bu barədə 31 yaşlı yarımmüdafiəçi özünün tvitter səhifəsində paylaşım edib.
Təcrübəli oyunçu İngiltərənin "Mançester Yunayted" komandasında çıxış etmiş qardaşı Nemanya Matiçlə basketbol oynadığı videonu sosial şəbəkə hesabında paylaşıb.
Qeyd edək ki, Uroş Matiç 2020-ci ilin yayından "Qarabağ"da çıxış edir.