"Qarabağ"ın futbolçusu Patrik Andrade Kabo-Verde millisinə dəvət alıb.
"Report"un məlumatına görə, 28 yaşlı yarımmüdafiəçi 2022-ci dünya çempionatının seçmə oyunları üçün heyətə cəlb edilib.
Qeyd edək ki, Kabo-Verde sentyabrın 1-də Mərkəzi Afrika Respublikası, sentyabrın 7-də isə Nigeriya ilə üz-üzə gələcək.
Xatırladaq ki, daha əvvəl Ağdam təmsilçisinin müdafiəçisi Marko Veşoviç sentyabrın 1-də Türkiyə, sentyabrın 4-də Niderland, sentyabrın 7-də isə Latviya ilə keçiriləcək oyunlar üçün Monteneqro millisinə dəvət alıb.