"Qarabağ" komandasının UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki potensial rəqibləri bəlli olub.
"Report" xəbər verir ki, Ağdam təmsilçisi III təsnifat mərhələsində Norveç "Molde"sini mübarizədən kənarlaşdırsa, “Ferentsvaroş” (Macarıstan) - “Dinamo” (Zaqreb, Xorvatiya) cütünün qalibi üz-üzə gələcək. Ölkə çempionu ilk oyununu evdə keçirəcək.
"Qarabağ" indiyədək bu komandaların heç biri ilə qarşılaşmayıb.
Pley-off mərhələsinin ilk matçları 22 - 23 sentyabr, cavab qarşılaşmaları idə 29 - 30 sentyabr tarixlərində oynanılacaq.
Qeyd edək ki, "Qarabağ" - "Molde" oyunu sentyabrın 16-da saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək.